Bakı. Trend:
Dünyanın ən etibarlı və nüfuzlu universitet reytinqlərindən biri olan Webometrics-in (Ranking Web of Universities, July 2025) nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkə üzrə birinci olub.
Yanvar ayı ilə müqayisədə 1302 pillə irəliləyən UNEC, dünyanın 200-dən çox ölkəsindən olan 32.000-dən çox ali təhsil müəssisəsi arasında 1538-ci yerə yüksəlib.
Universitet həmçinin Avropanın 6002 universiteti arasında 856-cı, Asiyanın 17.653 universiteti arasında isə 1080-ci sırada qərarlaşıb.
Reytinq cədvəlinə Harvard Universiteti liderlik edir.