...

Avropa İttifaqı Ukraynanın üzvlüyü üçün bəzi modelləri nəzərdən keçirir

Dünya xəbərləri Materials 20 Oktyabr 2025 16:03 (UTC +04:00)
Avropa İttifaqı Ukraynanın üzvlüyü üçün bəzi modelləri nəzərdən keçirir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ), yeni ölkələrin ilkin mərhələdə tam səs və veto hüququ olmadan Birliyə daxil olmasını nəzərdən keçirir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu, Macarıstanın vetosununa baxmayaraq Ukraynanın üzvlük prosesində irəliləyiş əldə olunması üçün müzakirə edilən modellərdən sadəcə biridir.

Bu təklif oktyabrın 23-də keçiriləcək Aİ sammitində liderlərin gündəmində olacaq. Lakin mənbələr bildirir ki, həmin mərhələdə "inqilabi" bir qərarın qəbul edilməsi ehtimalı azdır.

Bəzi Aİ ölkələri veto hüququnun mərhələli şəkildə məhdudlaşdırılmasını və bir çox sahələrdə çoxluq səs sisteminin tətbiq edilməsini müdafiə edirlər. Lakin bu cür dəyişikliklər müqavilələrin yenilənməsini tələb etdiyindən bütün üzv ölkələrin razılığı vaxibdir.

Qeyd edək ki, Ukrayna müharibə başladıqdan sonra 2022-ci il 28 fevralda Aİ-yə üzvlük üçün müraciət edib.
23 iyunda isə Aİ Şurası Ukraynaya namizəd ölkə statusu verib.

2023-cü ilin 14–15 dekabr tarixlərində keçirilən Aİ sammitində Ukrayna ilə üzvlük danışıqlarının başlanması qərara alınıb, lakin danışıqlar praktiki olaraq başlamayıb. Bunun əsas səbəblərindən biri Macarıstanın vetosudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti