...

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir

Gündəm Materials 20 Oktyabr 2025 10:34 (UTC +04:00)
Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası”na əsasən hazırlanmış dərsliklərin qiymətləndirilməsi üçün ekspert xidmətləri üzrə müsabiqə elan olunur.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, seçilmiş ekspertlər aşağıdakı fənlər üzrə dərslik komplektlərinin (dərslik və dərsliklə komplekt təşkil edən metodik vəsait) layihələrini müvafiq meyarlar əsasında qiymətləndirəcəklər:

• Azərbaycan dili (tədris dili);
• Azərbaycan dili (dövlət dili);
• Riyaziyyat;
• Həyat bilgisi;
• Azərbaycan tarixi;
• Coğrafiya;
• Fizika;
• Biologiya;
• Kimya.

Əlavə olaraq, dərsliklərin dil-üslub baxımından qiymətləndirilməsi üzrə də (Azərbaycan və rus dillərində) ekspert xidməti tələb olunur.

Müraciətlərin qəbulu [email protected] elektron poçt ünvanı üzərindən aparılır.

Müsabiqədə iştirak üçün son müraciət tarixi 24 oktyabr 2025-ci il, saat 21:00 müəyyən edilib.

Müsabiqə barədə əlavə məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

Dərsliklərin qiymətləndirilməsi üzrə ekspert xidmətlərinə dair müsabiqə elan edilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti