...

Pirəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət Materials 20 Oktyabr 2025 09:33 (UTC +04:00)
Pirəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

20-24 oktyabr tarixlərində Pirəşkül və Ağdərədə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesi həyata keçiriləcək.

Trend bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına istinadən xəbər verir.

Məlumatda bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti