...

Sabah sulu qar yağacaq

Cəmiyyət Materials 20 Oktyabr 2025 12:32 (UTC +04:00)
Sabah sulu qar yağacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə +14 dərəcədən +16 dərəcəyədək, gündüz +17 dərəcədən +20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +9 dərəcədən +14 dərəcəyədək, gündüz +17 dərəcədən +21 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +5 dərəcəyədək , gündüz +5 dərəcədən +9 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti