Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Bu məqsədlə əməliyyatlar zamanı zəruri qabaqlayıcı tədbirlər görülür və tullantıların təhlükəsiz şəkildə təhvil verilməsi təmin olunur.
Trend xəbər verir ki, hesabata əsasən, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ASCO gəmilərindən 83 m³ plastmas, 414.2 m³ qida qalığı, 434.7 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s.), 35.6 m³ istismar tullantısı, 184.2 m³ neft qalığı-şlam, 2663.5 m³ döşəməaltı lyal su, 73419 m³ məişət təsərrüfat çirkab su təhvil verilməklə ərazidən kənarlaşdırılıb.
Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 14 ton yanmış qəlib qumu, 1406.8 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 59045 ton məişət çirkab suyu, 1123.9 ton neftli döşəməaltı-lyal su, 157.5 ton sürtgü yağı, 3413.3 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s.), 482 m³ qida qalığı, 166.8 m³ polimer əsaslı və plastmas tullantı, 71 m³ yağlı və neftli tullantı, 102.8 m³ rezin tullantı, 170.6 m³ istismar tullantısı, 0.084 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.
Qeyd edilən dövrdə 0.66 ton kağız, 0.58 ton plastmas, 14.9 ton qara metal, 5.4 ton əlvan metal təkrar emala göndərilib.