...

Masallının bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət Materials 20 Oktyabr 2025 11:45 (UTC +04:00)
Masallının bəzi kəndlərində qaz kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, Masallı rayonunun Böyük Xocavar kəndində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə, Köhnə Alvadı kəndinin bir hissəsi, Böyük Xocavar, Banbaşı, Yeyenkənd və Xəlfələr kəndlərini əhatə edən ərazidə ümumilikdə 2100 abonentin qaz təchizatının 21 oktyabr 2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qurumdan vurğulanıb ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti