...

Sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır — Sahibə Qafarova

Siyasət Materials 20 Oktyabr 2025 16:37 (UTC +04:00)
Sülh sazişinin paraflanması Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır — Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistanın Birgə Bəyannamə imzalaması və sülh sazişini paraflaması onilliklərlə davam edən Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində tarixi addımdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxışı zamanı deyib.

Spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll oluna biləcəyinə dair əminlik yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti