Bakı.Trend:
Bakıda moped oğruları saxlanılıb.
Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində 2 ədəd mopedin oğurlanması və zərərçəkənlərə ümumilikdə 3000 manat dəyərində ziyan vurulması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş B.Əhmədov və H.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.