...

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədrinin növbəti məhkəmə prosesi keçirilib

Hadisə Materials 20 Oktyabr 2025 16:49 (UTC +04:00)
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədrinin növbəti məhkəmə prosesi keçirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İlqar Mustafayev prokurorun suallarını cavablayıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən idarədəki vəzifəsi və gördüyü iş barədə sual verib.

Təqsirləndirilən bildirib ki, onun vəzifəsi darədə müzakirə olunan qərarların müzakirəsi və qəbulu, olub. İş üzrə təqsirləndirilən Fuad Babayevi tanımır. Hğmin şəxs İdarədə Kommunal İdarənin əməkdaşı olub.

O, qeyd edib ki, Rəşad Bədəlov isə əvvəl İdarədə Kommunal İdarənin əməkdaşı, sonra bir neçə vəzifədə çalışıb. Həmçinin mənim köməkçim də olub. Sonra Reklam Şöbəsinin müdiri olub.

Dövlət ittihamçısının “Bulvar İdarəsində gəmi ilə gəzinti, avtodayancaqlar, kimin tabeliyində idi”? sualına təqsirləndirilən İlqar Mustafayev cavablayarkən bildirib ki, 2022-ci ilədək gəmi ilə nəzarət Bulvar İdarəsinə aid olub. Sonra isə “Sahil Xidməti” MMC fiziki şəxsə verilib.

İlqar Mustafayev qeyd edib ki, kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər qeyri büdcə sahəsindən gələn gəlir hesabına maliyyələşib.

Zərərçəkmiş şəxsin vəkili İsmayıl Kəngərli vəsatət verib.

O, bildirib ki, Hesablama Palatasının yoxlaması ilə təxminən 3 milyon 774 min manatlıq “çatışmazlıq” aşkarlanıb. Bir neçə gündən sonra bu məbləğ 12.350.000-a yüksəlib. Daha sonra Vergi Xidməti daha 1.800.000 əlavə edib. Nə bir sübut, hesablama, nə də bu rəqəmlərin mənşəyini təsdiq edən bir sənəd ortaya qoyulmayıb.

İsmayıl Kəngərli qeyd edib ki, 8 il ərzində – 2016-cı ildən 2024-cü ilə qədər – müvəkkili guya 12 000 000 manat mənimsəyib. Bunun 8.000.000-ı ilk iki ildə, qalan 4.000.000-ı isə sonrakı 6 ildə idi. İttihama görə, attraksionlardan, kafelərdən, ticarət obyektlərindən və digər obyektlərdən gələn bütün pullar işçilər zəncirindən keçib və sonda ona çatıb.

Vəkil ekspertiza nəticəsini məhkəməyə təqdim edib və bəzi sənədlərin işə əlavə edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin edib.

Proses 3 noyabrda davam etdiriləcək.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti