Bakı.Trend:
Dünya üzrə bir çox tətbiqə girişdə problem yaranıb.
Trend xəbər verir ki, "Snapchat" "Amazon" "Canva" "Perplexity" "Apple Music" kimi məşhur tətbiqlər və saytlar qlobal nasazlıq səbəbindən fəaliyyətini dayandırıb.
Hazırda həmin tətbiqlərdə işləmək mümkünsüzdür.
Problem internetin qlobal şəbəkəsinin əsas mərkəzlərindən biri olan Şimali Virciniyadakı böyük Amazon məlumat emalı mərkəzindəki nasazlıqlarla bağlıdır.