Bakı.Trend:
Azərbaycan Dəmiryol Muzeyini 14-19 oktyabr “Açıq qapı” günlərində 9 mindən çox insan ziyarət edib.
Trend xəbər verir ki, bu barədə ADY məlumat verilib.
Bildirilib ki, məktəblilər başda olmaqla, ziyarətçilər dəmir yollarının 145 illik tarixi, keçmişdən bu günə inkişaf yolu, müxtəlif eksponatlar və daha çoxu ilə yaxından tanış olublar.
Qurumdan əlavə edilib ki, "Açıq qapı" günləri bitsə də, muzey ənənəvi olaraq bazar ertəsi istisna olmaqla, hər gün ziyarət üçün açıqdır.