Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun nəzdində təsis olunmuş "Üzümçülük və şərabçılıq məhsulları"nın standartlaşdırırlması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) növbəti iclası keçirilib.
Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.
Bildirilib ki, iclas zamanı sözügedən Texniki Komitə tərəfindən 1 yeni dövlət standartı layihəsi, 4 dövlət standartının dövri yoxlanılmasının nəticələri, eləcə də 3 milli standartın hazırlanması üçün texnoloji təlimatlar müzakirə olunub. Müzakirələrin yekununda həmin standart layihələrinin təsdiqi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.
Qeyd edilib ki, iclasın sonunda AZSTAND-ın nümayəndələri Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun laboratoriyaları ilə yaxından tanış olaraq, orada aparılan tədqiqat işləri və laborator imkanlar barədə məlumat alıblar.