...

“Reyncers” baş məşqçisini müəyyənləşdirdi

İdman Materials 20 Oktyabr 2025 19:14 (UTC +04:00)

Bakı. Trend:

Şotlandiyanın “Reyncers” klubu komandanı almaniyalı mütəxəssis Danni Rohla həvalə etməyə hazırlaşır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı məşqçi yaxın günlərdə Qlazqo təmsilçisi ilə müqavilə imzalayacaq.

Məlumata görə, Rohldan əvvəl klub Stiven Cerrard və “Şanxay Port”un baş məşqçisi Kevin Muskata da təklif göndərib, lakin hər iki mütəxəssis “Reyncers”in çağırışını qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti