...

Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

Cəmiyyət Materials 20 Oktyabr 2025 21:36 (UTC +04:00)
Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev və ölkəmizdə səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar bu il Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul olunmuş tələbələrlə görüşüblər. Görüşdə TAU-nun tərəfdaş universitetləri olan Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTU), İstanbul Texniki Universiteti (İTU), Hacettepe Universiteti (HU) və Azərbaycan Texniki Universitetinin (AzTU) rektorları da iştirak ediblər.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı ali təhsil müəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində, həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayev tələbələrin dərsləri ilə maraqlanıb, onların suallarını cavablandırıblar.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub.

Dünyanın ilk “çətir universitet” modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi – ODTU, sənaye mühəndisliyi – İTU, qida mühəndisliyi – HU) uyğun olaraq ingilis dilində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti