Bakı.Trend:
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Dalan sahəsində söküntü və hazırlıq işləri görülüb başa çatdırıldıqdan sonra növbəti mərhələlər çərçivəsində gücləndirmə məqsdədilə texnoloji proseslərin tələblərinə uyğun olaraq silsilə tədbirlər görülür.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-dən bildirilib.
"Qeyd olunmalıdır ki, bu müddətdə “Həzi Aslanov” stansiyası sərnişindaşıma fəaliyyətini dayandırmadan xidmət göstərir. Qatarların hərəkəti xüsusi qrafik əsasında təşkil olunub".
Qurumdan əlavə olunub ki, tikinti işlərinin 2026-cı ildə yekunlaşdırılması planlaşdırılır.