Bakı. Trend:
Qəzza zolağındakı İsrail qüvvələri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə anklavda ölən girovun qalıqlarının olduğu daha bir tabutu qəbul edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, hərbçilər yaxın vaxtlarda tabutu İsrailə təhvil verəcəklər və burada məhkəmə-tibb ekspertləri qalıqların tanınması prosedurunu aparacaqlar.
Qeyd edilib ki, “girovların qaytarılması üzrə işlər davamlı olaraq davam edir” və “qaçırılan şəxslərin sonuncusu qaytarılana qədər dayanmayacaq”.