Bakı. Trend:
Sudanın qərbindəki Cənubi Kordofan əyalətində baş verən zəhərlənmə hadisəsi nəticəsində 23 nəfər həyatını itirib, 145 nəfər isə xəstəxanaya yerləşdirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, ilkin versiyaya görə, zəhərlənməyə səbəb sianidli tullantılar və ya xlordur.
Hadisədən sonra şəhərə giriş-çıxış dayandırıb, zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər.