...

Fərid Qayıbov COP10-un sədri seçilib (FOTO)

İdman Materials 20 Oktyabr 2025 22:55 (UTC +04:00)
Fərid Qayıbov COP10-un sədri seçilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyası (COP10) fəaliyyətə başlayıb.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin ilk hissəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu sessiyasının (COP10) sədri seçilib.

Xatırladaq ki, Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu sessiyasının (COP9) sədr müavini seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti