...

Azərbaycanın xarici ticarət iştirakçılarının sayı 60 minə yaxınlaşır

İqtisadiyyat Materials 20 Oktyabr 2025 14:41 (UTC +04:00)
Azərbaycanın xarici ticarət iştirakçılarının sayı 60 minə yaxınlaşır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dünyanın 173 ölkəsi ilə 35,375 milyard dollarlıq ticarət əməliyyatları həyata keçirib.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, bu dövrdə xarici ticarət iştirakçılarının sayı 59 289 nəfər təşkil edib (illik müqayisədə 7,6% çox). Onlardan 48 868 nəfəri fiziki (illik müqayisədə 8,8% artıb), 10 421 nəfəri isə hüquqi şəxslərdir (2,1% artıb).

Xarici fəaliyyət iştirakçısı qismində hüquqi şəxslərin 170-I dövlət, 10 251-i isə özəl sektorun nümayəndələri olub.

Qeyd edək ki, hesabat dövründə idxal əməliyyatlarının həcmi 17,769 milyard ABŞ dolları, idxal olunan malların çeşidlərinin sayı 7 509 ədəd olub. İxrac əməliyyatlarının həcmi isə 18,606 milyard ABŞ dolları, ixrac olunan malların çeşidlərinin sayı 2 655 ədəd təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti