...

2030-cu ilədək bərpa olunan enerjinin payını 38 faizə çatdırmağı planlaşdırırıq – Pərviz Şahbazov

Yaşıl iqtisadiyyat Materials 20 Oktyabr 2025 09:47 (UTC +04:00)
2030-cu ilədək bərpa olunan enerjinin payını 38 faizə çatdırmağı planlaşdırırıq – Pərviz Şahbazov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 38 faizə yüksəltməkdir.

Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.

Qeyd edilib ki, bu məqsədlə tərəfdaşlarla imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və dayanıqlılığının təmin olunması baxımından yanaşılır: “Bu istiqamətdə Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə elektrik enerjisi ötürmə şəbəkəsinin tədqiqi sahəsində əməkdaşlıq edirik. Tədqiqat çərçivəsində ötürücü şəbəkə üçün texnoloji və iqtisadi baxımdan optimal həllərin müəyyən edilməsi məqsədilə ilk mərhələdə bərpa olunan enerji üzrə potensial tələbat qiymətləndiriləcək, növbəti mərhələdə isə generasiya güclərinin şəbəkəyə inteqrasiya imkanları təhlil olunacaq. Daxili tələbatın təminatı məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafına bu cür ehtiyatlı və mərhələli yanaşma isə enerji təhlükəsizliyinə dair məsuliyyətli mövqeyimizin təzahürüdür”.

Məqalədə vurğulanıb ki, uzunmüddətli “yaşıl enerji” gündəliyimizin bütün istiqamətləri beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıq əsasında irəliləyir: “Bunun nəticəsində Azərbaycan artıq genişmiqyaslı “yaşıl enerji” əməkdaşlıq ekosistemi formalaşdırmağa nail olub. Bu əməkdaşlıq çərçivəsində “Masdar”, “ACWA Power”, BP, “SOCAR Green”, “Nobel Energy”, AGEC, Baltech, “Universal International”, “China Datang”, China Energy, Power China, TotalEnergies, Elecnor və ROX kimi aparıcı beynəlxalq şirkətlər töhfələri ilə Azərbaycanın yaşıl inkişafının bir parçasına çevrilirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti