...

Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Energetika Materials 20 Oktyabr 2025 11:54 (UTC +04:00)
Energetiklər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

20 oktyabr - Energetiklər Günü ilə əlaqədar Energetika Nazirliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin kollektivi Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi yad edilib, məzarları üzərinə güllər düzülüb.

Tədbir Şəhidlər xiyabanını ziyarətlə davam edib. Energetiklər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının xatirəsini yad edib və məzarları üzərinə gül dəstələri qoyublar.

Qeyd edək ki, 1981-ci il oktyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ilk böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in birinci enerji blokunun istifadəyə verilməsi ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli 446 saylı Sərəncamı ilə bu tarix ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti