...

Azad edilmiş ərazilərdə 1500-dən çox evdə günəş panelləri quraşdırılıb

Yaşıl iqtisadiyyat Materials 20 Oktyabr 2025 11:10 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 1500-dən çox evdə günəş panelləri quraşdırılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb, 200-dən artıq günəş kollektoru, 3000-dən çox enerji səmərəli işıq dirəyi, 20 elektrik doldurma məntəqəsi və “ağıllı” dayanacaqlar istifadəyə verilib.

Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr Energetiklər Günü münasibətilə "Azərbaycan" qəzetində “Azərbaycan Regional Enerji Qovşağına Çevrilir” adlı məqaləsində bildirilib.

Vurğulanıb ki, xüsusilə binaların və fərdi evlərin tikintisində enerji səmərəliliyi prinsipinə ciddi əməl olunur: “Bu tədbirlər davamlı xarakter daşıyır və bütün səylərimiz innovativ təcrübənin geniş tətbiqi ilə azad edilmiş əraziləri enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə yönəlib”.

Eyni zamanda qeyd edilib ki, bərpa olunan enerjinin texniki potensialı 21-29 QVt, iqtisadi potensialı isə 5,8-6,9 QVt həcmində qiymətləndirilən Naxçıvanda da inkişaf prosesi dövlət başçısının “yaşıl enerji” zonası ilə bağlı strateji baxışına uyğun şəkildə həyata keçirilir: “Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası” Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planı hazırlanıb. Konsepsiya Naxçıvanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun qurulmasını, enerji ixrac imkanlarının artırılmasını və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Konsepsiya Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. 2026-2030-cu illər üzrə 4 əsas sahədə müəyyənləşdirilmiş 12 prioritet istiqamət enerji sahəsində həm strateji, həm də sektorlararası yanaşmanı əks etdirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti