...

“Qürurla irəli!” — Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək

Cəmiyyət Materials 20 Oktyabr 2025 10:25 (UTC +04:00)
“Qürurla irəli!” — Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 2-də Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Qələbə qaçışı” adlı növbəti xeyriyyə tədbiri təşkil edəcək.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, qaçış Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər il olduğu kimi “Qürurla irəli” şüarı altında baş tutacaq.

Bildirilib ki, tədbirin məqsədi Azərbaycanın möhtəşəm qələbəsini ehtiramla anmaq, xalqımızın birliyini, qəhrəmanlığını və dönməz iradəsini bir daha yada salmaqdır.

İştirak üçün qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı ödənilməlidir. Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.

“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 10 km məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar.

Bununla yanaşı, 1–2 noyabr tarixlərində fan-zona da fəaliyyət göstərəcək. Burada qonaqları müxtəlif əyləncələr və maraqlı bayram abu-havası gözləyir.

Qaçış 2 noyabr 10:00-da start götürəcək.

Qaçışda iştirak üçün 16 yaşdan yuxarı şəxslər bu link vasitəsilə 30 oktyabr saat 12:00-dək qeydiyyatdan keçə bilərlər. Yerlər məhdud olduğu üçün iştirakçıların sayı müəyyən edilmiş limitə çatdıqda qeydiyyat avtomatik olaraq bitəcək.

Müraciəti qəbul edilmiş hər kəsin e-mailinə təsdiq məktubu və iştirakçı bələdçisi göndəriləcək. Qeydiyyatdan keçmiş iştirakçılar 15-30 oktyabr tarixlərində, hər gün saat 09:00-dan 20:00-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsindən şəxsiyyət vəsiqəsi və ödənişi təsdiqləyən e-maili təqdim etməklə iştirakçı nömrəsini ala biləcəklər.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti