...

Naxçıvanda nazir müavini vəzifəsindən azad edildi

Gündəm Materials 20 Oktyabr 2025 15:38 (UTC +04:00)
Naxçıvanda nazir müavini vəzifəsindən azad edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, 2023-cü il fevralın 28-də Xəyalə Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini təyin edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Dadaşovaya verilib. O, Naxçıvana təyinatdan öncə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti