Bakı.Trend:
Elektron Təhlükəsizlik Xidməti bəzi haktivist qrupların kiber
məkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları
kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq
tədbirləri gücləndirməyə çağırır.
Trend xəbər
verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat
yayıb.
Bildirilib ki, son günlər “Red Wolf Cyber” və “Hazi Rash” adlı
haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS
hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin
fəaliyyətində qısamüddətli fasilə yaranıb.
Qurumdan əlavə olunub ki, bu hücumların məqsədi veb resursların
əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq
yaratmaqdır.