Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Xorvatiyaya 537,8 milyon ABŞ dolları dəyərində 998,6 min ton həcmində bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həmin ölkəyə ixracın dəyəri 89,2 milyon dollar və ya 14 faiz, həcmi isə 6,4 min ton və ya 0,6 faiz azalıb.
Belə ki, ötən ilin ilk doqquz ayı ərzində Azərbaycandan Xorvatiyaya 627 milyon ABŞ dolları dəyərində 1,005 milyon ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8,939 milyard ABŞ dolları dəyərində və 16,996 milyon ton həcmində bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac edilib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, təbii ifadədə isə 613 min ton və ya 3,5 faiz azdır.