...

Türkiyə millisinin üzvü İtaliyada qalacaq

İdman Materials 20 Oktyabr 2025 20:05 (UTC +04:00)
Türkiyə millisinin üzvü İtaliyada qalacaq

Bakı.Trend:

"Roma" mövsümün sonunda klubla müqaviləsi başa çatan Zeki Çelik ilə bağlı qərar verib.

Trend KİV-ə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi türkiyəli futbolçunu komandada saxlayacaq.

Yaxın günlərdə Çelik ilə yeni müqavilə imzalanacaq. 28 yaşlı sağ cinah müdafiəçisinin 1,7 milyon avro olan maaşı 2 milyon avroya yüksəldiləcək.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında "Lill"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti