...

Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb

Gündəm Materials 20 Oktyabr 2025 17:40 (UTC +04:00)
Zəngilan şəhərində görülən bərpa-quruculuq işləri açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında rahat və firavan yaşaması üçün bütün şərait yaradılır.

Trend xatırladır ki, Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsi, yaşayış kompleksləri və 1 inzibati bina, məktəb, uşaq bağçası, rayon mərkəzi xəstəxanasının təməli qoyulub.

Zəngilan şəhərinin təsdiq edilmiş ümumi Baş Planına uyğun olaraq yaşıllıq zonası ilə əhatə olunacaq ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 45 otaqdan ibarətdir.

Zəngilan şəhər məktəbi, biznes zonası və mərkəzi küçə yaşayış məhəlləsinin yaxınlığındadır. Məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilib.

Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları eləcə də, konservasiya olunmuş keçmiş Zəngilan məscidi, çox yaxınlıqda inşa edilmiş Yeni Zəngilan məscidi Yeni Zəngilanın təkrarsız, rahat və ənənələrə sadiq qalan müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq.

Qeyd edək ki, Zəngilan 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 20 oktyabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Zəngilan Şəhəri Günü kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti