Bakı. Trend:
2025-ci ilin yanvar-sentyabr ayları ərzində 32,7 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 64,96%-ni kişilər, 35,04%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində 28 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 66,41%-ni kişilər, 33,59%-ni isə qadınlar təşkil edib.