Bakı. Trend:
Bu gün bp daha beş beynəlxalq dərsliyin Azərbaycan dilinə tərcüməsini təqdim edib. Bununla da bp-nin dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr etdiyi kitabların ümumi sayı 29-a çatıb.
Bu layihə bp-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir və bp-nin ölkədə ümumilikdə təhsilin inkişafına dəstək olmaq yönümündə uzunmüddətli öhdəliyi çərçivəsində növbəti əhəmiyyətli addımdır.
Bu gün yeni nəşrlərin ictimaiyyətə təqdimatı münasibətilə keçirilmiş tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu beş yeni kitabın təqdimatı ilə bp-nin Azərbaycandakı ən əhəmiyyətli təhsil təşəbbüslərindən birinə yekun vururuq. İllər ərzində bu layihə elm və təhsil ictimaiyyətinə beynəlxalq aləmdə ən çox istifadə olunan 29 dərslik bəxş edib. Bu dərsliklərin hər biri bizim yerli universitetlərin mütəxəssis heyətləri ilə sıx əməkdaşlıqda, tədris müəssisələrimizin real akademik ehtiyaclarını qarşılayacaq şəkildə seçilib. Bu kitablar tərcümədən daha artıq məna kəsb edir – onlar qlobal biliklərə körpüdür. Bu yüksək keyfiyyətli resursları Azərbaycan dilində əlçatan etməklə ölkə universitetlərinin öz tədris və təlim proseslərini beynəlxalq standartlara uyğunlaşdırmasını dəstəkləmək iştəmişik. Ümid edirik ki, bp-nin hədiyyəsi olan bu kitablar nəsillər boyu tələbələrə və müəllimlərə davamlı və əhəmiyyətli təsiri ilə real dəyər yaradacaq.”
Təqdim edilən yeni kitabların siyahısına aşağıdakılar daxildir:
Ekonometrikaya giriş. Müasir yanaşma. Müəllif: Cefri M.
Vuldric.
Nəşriyyat: Cengage Learning, 2020, 7-ci nəşr Biznes və iqtisadiyyat
üçün statistika. by Anderson, Svini, Vilyams, Kem, Kokran, Frey,
Olmann.
Nəşriyyat: Cengage Learning, 2017, 14-cü nəşr Statistik
nəticəçixartma. Müəllif: Corc Kasella, Rocer L. Berger.
Nəşriyyat: Brooks/cole, Cengage Learning, 2002, 2-ci nəşr
Korporativ maliyyə. Əsas prinsiplər. Müəllif: Riçard A. Bril,
Stüart K. Mayers və Franklin Allen.
Nəşriyyat: McGraw-Hill/Irwin, 2014, 12-ci nəşr İqtisadi idarəetmə
və strategiya. Müəllif: Cefri Perlof, Ceyms A. Brander
Nəşriyyat: Pearson, 2014, 3-cü nəşr
Bu nəşrlər yerli universitetlər, kitabxanalar və müvafiq elm və təhsil müəssisələri üçün nəzərdə tutulub. Hər bir dərsliyin çap edilmiş 2000 nüsxəsi ilə yanaşı, rəqəmsal versiyaları da tezliklə yerli nəşriyyat olan TEAS PRESS NƏŞRİYYAT EVİ-nin onlayn platformalarında yerləşdiriləcək.
Bütövlükdə dərsliklərin nəşri layihəsinin ümumi dəyəri 2,14 milyon AZN-dən (təxminən 1,26 milyon ABŞ dollarından) çoxdur. Bu məbləğ son doqquz il ərzində nəşr edilmiş 29 dərsliyin hamısına aid olan xərcləri, o cümlədən müəlliflik hüquqlarının alınması, qonorar ödənişləri, tərcümə, ekspert redaktəsi, korrektə, dizayn və çap, rəqəmsal versiyanın hazırlanması və layihənin idarə olunmasını əhatə edir.
bp-nin maliyyə dəstəyi ilə yerli universitetlər üçün nəşr edilmiş dərsliklərin siyahısı
İnsan resurslarının idarə edilməsi: Məhsuldarlıq, iş həyatının keyfiyyəti, mənfəətlər (müəllif: Ueyn F. Kassio – 768 səhifə) işi bilavasitə insanların idarə olunması ilə əlaqədar məsuliyyəti özündə ehtiva edəcək ümumi idarəetmə sahəsi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Kitabda məhsuldarlıq, iş həyatının keyfiyyəti və mənfəət arasındakı qarşılıqlı asılılıq insan resurslarının idarə edilməsinə aid müxtəlif fəaliyyət növləri ilə əlaqələndirilir, beləliklə də insan resurslarının idarə edilməsinin tələbələr tərəfindən ayrı-ayrı insanlara, təşkilatlara və cəmiyyətə təsir edən mühüm bir funksiya kimi qəbul edilməsini gücləndirir. Kitab tədqiqatlara əsaslanır və həmin tədqiqatların real biznes situasiyalarına tətbiq olunmasına aid dəqiq istinadları ehtiva edir.
Kütləvi kommunikasiya mediası (müəllif: Con Vivian – 486 səhifə). 11-ci buraxılışı ilə yenilənmiş bu kitab tələbələri media savadlılığını artırmağa yönləndirir və kütləvi informasiya vasitələrinin istehlakçıları və təminatçıları qismində tələbələrin qarşısına çıxan vacib problemlərin asan başa düşülməsini təmin edir. Müasir kütləvi informasiya vasitələrinin problem və tendensiyalarının, o cümlədən kütləvi informasiya vasitələrində baş verən davamlı dəyişikliklərin müstəsna şəkildə işıqlanıdırılması sayəsində bu kitab media savadlılığı prinsiplərini və əsaslarını canlı misallar, dəqiq ifadə tərzi və etibarlı media paketi ilə tarazlaşdırır.
Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı, Biznes Məktəbi nəşri (müəllif: Frederik S.Mişkin – 658 səhifə) maliyyə siyasəti ilə əlaqədar bugünkü əsas məsələlərə yeni bir baxışı təmin edir. Kitab oxuculara pul-kredit siyasəti, maliyyə sisteminin tənzimlənməsi və nəzarəti və maliyyə bazarlarının beynəlmiləlləşdirilməsi prosesi haqqında bənzərsiz baxış təqdim edir və qeyd olunanların mahiyyətini tam şəkildə açıqlayır. Əsas iqtisadi prinsiplər oxucuların düşünmə tərzini nizama salır, real həyatdan götürülmüş mövcud misallar isə cəlb və motivasiya edir.
Marketinqin prinsipləri (müəllif: Filip T. Kotler – 712 səhifə) oxuculara müasir marketinqin əsas vəzifəsinin öhdəsindən gəlməyə kömək edir: məhsul və brendləri gündəlik həyatlarının ayrılmaz tərkib hissəsinə çevirən canlı, interaktiv istehlakçı toplumları yaratmaq. Bu dərslik tələbələrə müştərilərlə əlaqələr qurmaq və onları cəlb etməklə dəyər formalaşdırmağı öyrənməyə kömək edir. Sürətlə dəyişən, getdikcə rəqəmsallaşan və sosiallaşan bazar mühitində müştərilər ilə mənalı əlaqələrin qurulması marketoloqlar üçün hər zamankından daha vacibdir. İnsanlara dəyərin formalaşdırılması və müştərilərlə əlaqələrin qurulmasını başa düşməyə kömək etmək üçün, kitabda innovativ müştəri-dəyər konsepsiyası çərçivəsində fundamental marketinq məlumatları təqdim edilir. Əməliyyatların idarə edilməsi prinsipləri: Dayanıqlı inkişaf və təchizat zəncirinin idarə edilməsi (müəlliflər: Cey Heyzer və Barri Render – 772 səhifə) əməliyyatlar üçün praktiki müqəddimədir və geniş əhatəli praktiki məsələlərlə gücləndirilib. Məzmun əməliyyatlar sahəsi ilə geniş əhatəli tanışlığı real və praktiki tərzdə əks etdirir və bazara aid məsələlərin ən böyük və ən müxtəlif toplusunu təqdim edir. Onuncu buraxılışda qeyd olunan məsələlər ilə yanaşı onların həlli və praktiki misallar da verilir. Bu, tələbələrə bugünkü əməliyyatların idarə olunması üzrə peşəkarların vacib hesab etdiyi konsepsiyaları daha yaxşı başa düşməyə kömək edir. Bu kitab hər menecerin əməliyyatların idarə olunmasına dair oxumalı olduğu 13 kitabın siyahısında idi.
Sosial Elmlərdə Keyfiyyət Tədqiqat Metodları (müəllif: Hovard Lun – 400 səhifə). Bu kitab tələbələrə keyfiyyət məlumatlarını necə hazırlamaq, toplamaq və təhlil etməyi, daha sonra isə nəticələrini elmi ictimaiyyətə təqdim etməyi göstərir. Kitabda tədqiqatlarda etikanın və istənilən tədqiqatı lazımi qaydada planlaşdırmaq üçün vaxt ayırmağın vacibliyi vurğulanır. Bu kitabı başa çatdırdıqdan sonra tələbə məlumatları effektiv şəkildə hazırlaya, toplaya, təşkil və təhlil edə, daha sonra isə nəticələri elmi ictimaiyyətə təqdim edə biləcək.
Sosial işdə etik prinsiplər və dəyərlər: Hərtərəfli tədris planına kompleks yanaşma (müəllif: Allan Barski – 464 səhifə). Tələbələr üçün rahat olan formada tərtib edilmiş bu unikal kitabda tələbələrin etik prinsiplər və dəyərlər ilə əlaqədar hərtərəfli təhsil almasını təmin edəcək bir sıra təlim modulları təqdim olunur. İstənilən tədris proqramına asanlıqla daxil edilməsi mümkün olan şəkildə tərtib olunmuş hər bir modul tələbələrə etik problemlərin həll edilməsi üçün tələb olunan bilik, bacarıq, özünüdərketmə və tənqidi düşünmə qabiliyyətlərini bir araya gətirməyə kömək edir. Bu dərslik oxucuları etik prinsiplər ilə əlaqədar suallar və problemləri cavablandırmaq üçün əsas etik fəaliyyət standartlarının tətbiq edilməsindən tutmuş mürəkkəb etik dilemmaların idarə olunmasınadək bir sıra alət və strategiyalar ilə təmin edir.
İdarəetmənin əsasları: Əsas konsepsiyalar və tətbiq sahələri (müəlliflər: Stiven Robbins və Devid A. De Senzo – 532 səhifə). Dərslik hərtərəfli təcrübə yolu ilə təqdim olunan praktik idarəetmə vasitələrini özündə cəmləşdirir. İdarəetmənin əsas konsepsiyalarını əhatə etməklə o, əsas məsələlərin başa düşülməsi üçün möhkəm zəmin yaradır və menecerlər üçün nələrin effektiv olduğu və nələrin nəticə vermədiyi barədə son araşdırmalar da daxil olmaqla güclü, praktiki istiqamətləndirmə təmin edir.
Siyasət elmi: Giriş (müəlliflər: Maykl G. Roskin, Robert L. Kord, Ceymz A. Medeyros və Volter S. Counz – 400 səhifə). Bu kitab tələbələrə siyasət elminin təməl prinsiplərinin əsrlər boyu qüdrətli rəhbərlərə vacib qərarlar verməyə necə kömək etdiyini göstərir. Müəlliflər, tələbələrin siyasi manipulyasiyaya gəldikdə təmkinlə məqsədəuyğun seçimləri necə etməli olduqlarını başa düşmələrinə kömək etmək üçün mücərrəd nəzəri anlayışları və praktiki düşüncə tərzini tarazlaşdırılmış şəkildə təqdim edirlər.
Keys menecment (müəlliflər: Artur C. Frankel və Şeldon R. Gelman – 220 səhifə). Keys menecment üzrə mütəxəssislər müştərilərinin əldə edə biləcəyi geniş əhatəli xidmətlər, resurslar və imkanlar üçün ekspert və vasitəçilər qismində çıxış etməklə, əvəzolunmaz xidmətlər təmin edirlər. Keys menecment prosesinin mərhələlərini dəqiq şəkildə müəyyən etmək və keys menecerlərin müxtəlif praktiki situasiyalarda yerinə yetirdikləri saysız-hesabsız vəzifələri qeyd etmək məqsədilə, müəlliflər özlərinin geniş praktiki, nəzəri və tədqiqat təcrübələrindən istifadə edirlər.
Beynəlxalq İqtisadiyyat: Nəzəriyyə və siyasət (müəlliflər: Pol R. Kruqman, Mauris Obstfeld və Mark J. Melitz – 736 səhifə). Kitabda iqtisadiyyatın iki əsas tematik sahəsi üzrə mühüm konsepsiyalar və tətbiq sahələri cəlbedici və tarazlaşdırılmış şəkildə əhatə edilir. Həm beynəlxalq ticarət, həm də beynəlxalq maliyyə barədə nəzəriyyəyə intuitiv giriş verilməklə yanaşı siyasətin tətbiqi sahələri müfəssəl şəkildə təsvir olunur.
Makroiqtisadiyyat (müəllif: Olivye Blanşar – 548 səhifə). Kitabda oxuculara bütün dünya üzrə mallar, maliyyə bazarları və əmək bazarları arasındakı əlaqələri görməyə imkan verən, makroiqtisadiyyatın vahid qlobal təsviri verilir.
Mikroiqtisadiyyatın əsasları (müəlliflər: Karl E. Keys, Rey C. Feyr və Şaron E. Oster – 528 səhifə). Bu kitab oxuculara bazar iqtisadiyyatının necə fəaliyyət göstərdiyinə dair təməl biliklər verir. Oxucular iqtisadi düşüncə sənəti və elmini öyrənməyə başlayır və bəzi siyasi və hətta şəxsi qərarlara fərqli baxmağa başlayırlar.
Arıçılıq kitabı (4-cü nəşr) (müəlliflər: Diana Sammataro, Alfons Avitabil – 280 səhifə). Bu kitabda arıxananın qurulması və arıların idarə olunması barədə mərhələ-mərhələ təlimatlar verilir və arı ailəsinin sağlam saxlanması və bol miqdarda bal əldə etmək üçün müxtəlif fəsillərdə görülən işlər təsvir edilir. Kitabda arıçıların pətəklərə ən uyğun yanaşmanı seçə bilmələri üçün müxtəlif arı ailələrinə qulluq üsulları və qaydaları izah edilir.
Kimyəvi reaksiya mühəndisliyinin əsasları (5-ci nəşr) (müəllif: H. Skott Foqler – 870 səhifə). Bu günümüzün oxucuları: informasiyaya ani çıxış tələb edən, vaxtına qənaət etmək və tənqidi düşüncə və problemlərin həlli üçün yaradıcı bacarıqlarını inkişaf etdirərək, öyrənməkdən həzz almaq istəyən tələbələr üçün kimyəvi reaksiya mühəndisliyinə tam, müasir girişdir. H. Skott Foqler tələbələrin əzbərləmədən daha çox məntiq vasitəsilə kimyəvi reaksiya mühəndisliyini öyrənməsinə imkan vermək üçün əvvəlki nəşrin güclü tərəflərini əsas götürərək onları inkişaf etdirmişdir.
Pozitiv psixologiya. Əsaslar. (1-ci nəşr). (müəllif: Rona Hart – 288 səhifə). Pozitiv psixologiyanın inkişafının xülasəsini özündə birləşdirən kitabda pozitiv psixologiya üzrə elmi biliklərə və onların tətbiqinə dair asan başa düşülən və tarazlaşdırılmış giriş xarakterli məlumat verilir. Pozitiv Psixologiya: Əsaslar kitabında pozitiv psixologiyanın bir sahə kimi əhatə dairəsi müəyyənləşdirilir, nailiyyətləri təsvir edilir və hər bir mövzuda nəzəriyyə, tədqiqat və müdaxilələri tədqiq edilərək, onun əsas mövzularının yenilənmiş xülasəsi təqdim edilir.
Rəhbərlik və pozuntu: İnnovatorun dilemmasını necə həll etməli (2-ci nəşr) (müəlliflər: O’Rayli, C. və Tuşman, M. – 292 səhifə). Tamamilə yenidən işlənmiş bu ikinci nəşr böyümüş müəssisələrdə fasiləsiz inkişafı təmin etmək üçün özünü doğrultmuş hərtərəfli imkanlarından istifadə strategiyasını və sürətlə dəyişən mühitlərə uyğunlaşma çevikliyini təklif edir. Orijinal nəşrdə tədqiqatçı və məsləhətçi kimi müəlliflərin əvvəlki iyirmi il ərzində əldə etdikləri təcrübələr ümumiləşdirir. O vaxtdan bəri müəlliflər pozucu dəyişikliklərlə üzləşən bütün dünya təşkilatlarının rəhbərləri ilə işləməyə davam edir. Yeni nümunələr və təhlillər daxil olmaqla, hər bir fəsildə yeniliklər aparılmış bu tam, yenidən işlənmiş nəşr müəlliflərin son beş ildə əldə etdikləri təcrübələri və anlayışları özündə birləşdirir. İki yeni fəsildə hərtərəfli inkişaf imkanlarının və onların əsasını təşkil edən fundamental fənlərin təşviq edilməsində və ya qarşısının alınmasında təşkilati mədəniyyətin rolu tənqidi şəkildə araşdırılır. Microsoft, General Motors və Amazon kimi firmaların timsalında nümunələrdən istifadə edərək, O’Rayli və Tuşman liderlərin öz təşkilatlarının mədəniyyətlərini lazımi strategiyaya necə uyğunlaşdıra biləcəyini və birlikdə istifadə edildikdə, ideyaların formalaşması, inkubasiya və miqyaslaşdırma üzrə yanaşmaların yeni müəssisələri necə uğurla inkişaf etdirə biləcəyini göstərir.
Sosial tədqiqat praktikası (15-ci nəşr) (müəllif: Erl R. Babbi – 600 səhifə). Sosial Tədqiqat Təcrübəsi sosial elm adamlarının apardığı tədqiqatlar üzrə dəqiq bələdçilik edir. Müəllifin məşhur yumor hissi ilə səmimi yanaşma üsulunu birləşdirən bu tələbələr üçün sadə dərslik həm tədqiqatçı, həm də istehlakçı kimi tədqiqat konsepsiyalarını tətbiq etmək üçün sizi alətlər və biliklərlə təchiz edir. Müəllif prosesi vurğulayaraq, sizə layihələri necə tərtib etməyi və qurmağı göstərir, bugünkü müxtəlif müşahidə rejimlərini təqdim edir və onlayn sorğuların necə aparılması və həm keyfiyyət, həm də kəmiyyət məlumatlarının təhlili kimi tədqiqat metodları ilə bağlı kritik suallara cavab verir.
Yeni biznes yol sınağı (5-ci nəşr) (müəllif: Con Mallinz – 360 səhifə). Yeni biznes yol sınağı startap layihəsinə başlamaq istəyən hər kəs üçün əsas kitabdır. Yeni və tam yenilənmiş konkret tədqiqat variantları – Ella's Kitchen, Whole Foods, eBay və s. – və “yeddi domen” prinsipləri sizə yaxınlaşan fəlakətdən qaçmağa və sahibkarlıq arzularınıza çatmaq imkanlarınızı genişləndirməyə kömək edəcək.
Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında (2-ci nəşr) (Müəllif: Robert Palmatier, Şrihari Sridar) Bu kitabın əsas məqsədi real dünyanın marketinq strategiyalarını hazırlamaq, həyata keçirmək və qiymətləndirməkdən ötrü təlimdəki menecerlər və menecerlərdən ibarət beynəlxalq auditoriya üçün hərtərəfli, tədqiqata əsaslanan, fəaliyyətyönümlü bələdçi yaratmaqdır. Bu kitab ayrı-ayrılıqda və ya ənənəvi hallarla birlikdə istifadə oluna bilən fərqli yanaşmanı qəbul etməklə bu narahatlıqların aradan qaldırılmasına yönəlib.
Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə (7-ci nəşr) (Müəlliflər: Deyv Çaffi, Fiona Ellis-Çadvik) “Rəqəmsal marketinq” inteqrasiya olunmuş çoxkanallı marketinq hədəflərinə çatmaq üçün internetdən, rəqəmsal mediadan və marketinq texnologiyasından istifadənin bütün aspektləri üçün hərtərəfli bələdçi rolunu oynayır. Bu sadələşdirilmiş yeddinci nəşrdə şirkətlərin marketinq məqsədlərinə çatmaq üçün rəqəmsal media və texnologiyadan ən yaxşı şəkildə necə istifadə edə biləcəkləri haqda praktik yollar təklif olunur.
İqtisadi siyasət. Nəzəriyyə və praktika (Müəlliflər: A. Benassi-Küer, B.Köre, P. Jake, J. Pizani-Ferre) (15-ci nəşr) İqtisadi siyasət iqtisadi tədqiqatla təcrübənin kəsişmə nöqtəsində əvvəlcədən toplanmış bilikləri əldə əsas tutaraq yeni-yeni sualları ortaya çıxarır. Dəfələrlə nəşr edilən və hər nəşrdə son yenilikləri əhatə edib zənginləşən bu kitab on ildən artıqdır ki, bugünkü iqtisadi siyasəti başa düşmək üçün ən çox istinad olunan bir vəsait rolunu oynayır.
İnformasiya təhlükəsizliyi prinsipləri (7-ci nəşr) (Müəlliflər: Maykl E. Vitman, Herbert C. Mattord) “İnformasiya təhlükəsizliyi prinsipləri” kitabının məqsədi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik fənlərinin tam genişliyini tədqiq edən cari, yüksək keyfiyyətli akademik mənbəyə olan ehtiyacı ödəməkdir. Bu kitabın əsas prinsipi müasir təşkilatda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik idarəetməsinin həll etməli olduğu problemi izah etməkdir.
Növbəti. Gələcəyin qısa tarixi (Müəllif: Avi Yoriş) Bu kitab həyatımızın, demək olar ki, hər bir aspektinə yeni forma verən ixtiralara, innovativ texnologiyaların bir nöqtədə birləşərək yaratdığı təkanverici qüvvəyə və onların xəstələri sağaltmaq, acları doyurmaq, yoxsulluğu aradan qaldırmaq və planeti bərpa etmək üçün potensial və təsirlərinə parlaq şəkildə işıq salır.
Ekonometrikaya giriş. Müasir yanaşma (7-ci nəşr) (Müəllif: Ceffri M. Vuldric 816 səhifə). Bu kitabda biznes, siyasətin qiymətləndirilməsi və proqnozlaşdırma sahələrində ekonometrikanın günümüzün suallarına necə cavab verə biləcəyi barədə öyrənəcəksiniz. Ənənəvi dərsliklərdən fərqli olaraq, bu kitab praktiki və eyni zamanda peşəkar yanaşması ilə ekonometrikanın abstrakt alətlər toplusundan çıxaraq müxtəlif sahələrdə suallara cavab tapmaq üçün həqiqətən faydalı bir elm sahəsinə çevrildiyini nümayiş etdirir. Müəllif kitabın məzmununu təhlil edilən məlumat növü əsasında sistemli şəkildə qurmuş, fərziyyələri yalnız ehtiyac yarandıqda təqdim etmişdir. Bu yanaşma mövzunu daha asan anlamağa, nəticə etibarilə isə daha səmərəli ekonometrika təcrübəsi əldə etməyə kömək edir. Kitabda 100-dən çox müxtəlif formatda məlumat dəstləri və müasir sahə tətbiqləri yer alır. Yenilənmiş nəşrdə “səbəb-nəticə təsirləri” və ya “müalicə təsirləri” adlandırılan istiqamətdəki son elmi yeniliklər də əhatə olunur və bu, ekonometrikanın bugünkü əhəmiyyətini və təsirini tam şəkildə anlamağa imkan yaradır.
Biznes və iqtisadiyyat üçün statistika (14-cü nəşr) (Müəlliflər: Anderson, Svini, Vilyams, Kamm, Kokran, Fray, Olmann 1120 səhifə). Bu kitabda statistik məlumatların bu günün biznes dünyasında qərarların qəbul edilməsinə necə təsir etdiyini öyrənəcəksiniz. Bu nəşr sınaqdan çıxmış problem-ssenari yanaşmasını, etibarlı statistik metodologiyanı və müasir biznes reallıqlarını əks etdirən praktik tətbiqləri özündə birləşdirir. 350-dən çox real biznes nümunəsi, praktik tapşırıqlar və interaktiv məşqlər statistikanın tətbiqini əyani şəkildə göstərir. Kitabda həmçinin JMP Student Edition 14 və Excel 2016 proqramlarında işləməyi öyrədən praktiki bölmələr yer alır. WebAssign onlayn platforması vasitəsilə kursun idarəolunması tələbələrin mövzuları daha dərindən mənimsəməsinə və fənn üzrə uğurlu nəticələr əldə etməsinə kömək edir.
Statistik nəticəçıxarma (Müəllif: Corc Kasella, 700 səhifə). Bu kitab statistik nəzəriyyəni ehtimal nəzəriyyəsinin əsaslarından başlayaraq sistemli şəkildə izah edir. Müəlliflər ehtimalın əsas prinsiplərindən yola çıxaraq statistik nəticəçıxarma nəzəriyyəsini bu sahəyə məxsus anlayışlar və təbii məntiqi əlaqələr əsasında inkişaf etdirirlər. Dərslik statistika ixtisasında oxuyan və güclü riyaziyyat bazasına malik magistr tələbələri üçün nəzərdə tutulub. Kitab həm nəzəri, həm də praktiki istiqamətdə istifadə oluna bilər — yəni, əsas statistik anlayışların mənimsənilməsinə və müxtəlif vəziyyətlər üçün səmərəli statistik prosedurların hazırlanmasına fokuslanır.
Kitab aşağıdakı mövzuları əhatə edir:
- Təsadüfi ədədlərin generasiyası, simulyasiya üsulları, “bootstrap” metodu, EM alqoritmi, p-dəyərlər və dayanıqlılıq mövzuları üzrə yeni bölmələr.
- “Logistik reqressiya” və “Dayanıqlı reqressiya” haqqında əlavə hissələr.
- Strukturlaşdırılmış məzmun və genişləndirilmiş tapşırıqlar.
Korporativ maliyyə. Əsas prinsiplər (12-ci nəşr) (Müəlliflər: Riçard Brili, Stüart Mayers, Franklin Allen, 976 səhifə). Bu dərslik tələbələrin nəticələrini yaxşılaşdırmaq məqsədilə xüsusi olaraq hazırlanmış inteqrasiya edilmiş həllər təqdim edir. Bu resurslar sayəsində tələbələr dərsə daha yaxşı hazırlaşır, maliyyə məsələlərini analiz edib nəticələr çıxarmaqda bacarıq qazanırlar. Connect Finance platformasında təqdim olunan resurslar tələbələrə limitsiz sayda məşq imkanı yaradır və öyrəndiklərini real maliyyə problemlərinə tətbiq etməyə kömək edir. Brealey-in dünya miqyasında tanınan bu dərsliyi maliyyə nəzəriyyəsini praktik problemlərin həllinə yönəldir və tam rəqəmsal həll sistemi ilə birlikdə fənn üzrə daha yüksək nəticələr əldə etməyə imkan yaradır.
İqtisadi idarəetmə və strategiya (3-cü nəşr) (Müəlliflər: Ceffri M. Perloff, Ceyms A. Brander, 720 səhifə). Bu kitab müasir nəzəriyyələrdən, biznes nümunələrindən və real məlumatlardan istifadə edərək iqtisadi prinsiplərin biznes qərarlarına təsirini nümayiş etdirir. Kitab müqavilə nəzəriyyəsi, davranış iqtisadiyyatı, oyun nəzəriyyəsi və qiymətqoyma alətləri kimi mövzuları əhatə edir və gələcək menecerlər üçün praktiki iqtisadi problemlər və onların həll üsullarını təqdim edir.
Üçüncü nəşrə əlavə edilmiş yeni müzakirələr, biznes nümunələri və məşqlər sayəsində tələbələr kitabda və dərsdə öyrəndiklərini real dünyadakı qərarvermə proseslərində tətbiq etməyi öyrənirlər.
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2395 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.