...

“ASAN xidmət”də çalışan digər dövlət orqanının işçisinə ayrılan vəsaitlə bağlı yeni QAYDA

Cəmiyyət Materials 21 Oktyabr 2025 11:22 (UTC +04:00)
“ASAN xidmət”də çalışan digər dövlət orqanının işçisinə ayrılan vəsaitlə bağlı yeni QAYDA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılan vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilib.

Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Dövlət Agentliyinin aparatının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 30 %-i miqdarında, Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat müvafiq ay üzrə məzuniyyət günlərinə düşən mükafat məbləğinin 80 %-i miqdarında ödəniləcək.

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçisinə əmək məzuniyyətində olduğu dövrdə mükafat “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun balına müvafiq miqdarda ödəniləcək.

Həmçinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanının işçisinə ayrılacaq vəsaitin bölgüsü “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə nəzarət və qiymətləndirmə Qaydaları”na uyğun olaraq hesablanmış aylıq yekun bal əsasında həyata keçiriləcək.

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinə müvafiq ay üzrə hesablanan mükafat vahid balına düşən məbləğ əsasında müəyyən olunacaq. Müvafiq dövlət orqanının işçisinin vahid balına düşən məbləğin tapılması üçün həmin dövlət orqanının işçilərinə bölünən vəsait bu işçilərin aylıq yekun ballarının cəminə bölünəcək. Daha sonra “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən müvafiq dövlət orqanının işçilərinin aylıq yekun balı onların vahid balına düşən məbləğə vurulmaqla aşağıdakı şərti misala uyğun onların mükafatı hesablanacaq:

işçinin aylıq yekun balı – 76.65;
müvafiq dövlət orqanının işçiləri arasında müvafiq ay üzrə bölünən vəsait – 799.2+2700 (300 manat x 9 işçi) =3499.2 manat;
müvafiq dövlət orqanının işçilərinin aylıq yekun ballarının cəmi – 664.81;
vahid bala düşən məbləğ – 3499.2/664.81 = 5.26 manat;
müvafiq ay üzrə işçiyə hesablanan mükafat – 76.65 * 5.26= 403.44 manat

Məlumat üçün bildirək ki, qərar oktyabrın 2-də qəbul edilib, oktyabrın 13-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 14-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti