Bakı. Trend:
Yaponiya tarixində ilk dəfə olaraq baş nazir zərif cinsin nümayəndəsi seçilib.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hökumətin başına Liberal Demokratlar partiyasına oktyabrın 4-dən etibarən sədrlik edən Sanae Takaiçi gətirilib.
xxx
05:26
Yaponiyanın Baş Naziri Şiqeru İşibanın rəhbərlik etdiyi Nazirlər Kabineti yeni baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsvermədən əvvəl istefa verib.
Trend-in məlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər verib.
"İşiba kabineti Yaponiyanın növbəti baş nazirinin seçilməsi üçün parlamentdə keçiriləcək səsvermədən əvvəl istefa verib", - deyə bildirilib.
Oktaybrın 21-də Yaponiya parlamenti növbədənkənar iclasını keçirəcək. Bu gün günortadan sonra üzvlərin yeni baş nazirə səs verməsi gözlənilir.