Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bu günə kimi 23932 nəfər imtahanda iştirak edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak edən sürücülərdə 21750 nəfəri uğur qazanıb:
"İmtahanda uğur qazanan sürücülərə şəhadətnamələr təqdim edilib".
Qeyd edək ki, ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir.