...

Rusiyada 4,2 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 21 Oktyabr 2025 06:10 (UTC +04:00)
Rusiyada 4,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Rusiyanın Xakasiya Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Sayanoqorskdan 14 km cənubda, Beyski rayonunda olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional bölməsi də öz növbəsində zəlzələ nəticəsində tələfatın olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti