...

Demokratlar ABŞ-də şatdaunu dayandırmaq üçün tədbirləri dəstəkləyəcəklər - Tramp

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 02:26 (UTC +04:00)
Demokratlar ABŞ-də şatdaunu dayandırmaq üçün tədbirləri dəstəkləyəcəklər - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hesab edir ki, ABŞ Konqresindəki demokratlar tezliklə fəaliyyətini qismən dayandırmış federal hökumətin fəaliyyətini bərpa etmək üçün tədbirləri dəstəkləyəcəklər.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evin Şərq Otağında iki kollec beysbol komandasına qəbul edərkən deyib.

"Ümid edirik ki, Demokratlar bu qədər dəli olmayacaqlar və biz tezliklə səs verə biləcəyik", - deyə D.Tramp bildirib.

"Və mən eşitmişəm ki, onlar [demokratlar] da belə düşünməyə başlayıblar. Onlar düşünməyə başlayıblar ki, həqiqətən də ölkə üçün düzgün iş görməlidirlər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti