...

Avropada etil spirti qadağan edilə bilər

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 10:50 (UTC +04:00)
Avropada etil spirti qadağan edilə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın Kimyəvi Maddələr üzrə Agentliyi (ECHA) etil spirtinin kanserogen maddələrin siyahısına salınmasının mümkünlüyünü nəzərdən keçirir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər veirr.

Məlumata görə, belə bir qərar qəbul olunsa, sözü gedən spirt növünün satışı və tətbiqi Avropanın tibbi və əczaçılıq müəssisələrində qadağan edilə bilər. Oktyabrın 10-da agentliyin işçi qruplarından biri etil spirtini xərçəng xəstəliyinin inkişafı riskini artıran və hamiləlik zamanı fəsadlaşma təhlükəsiz yaradan bir maddə kimi təsvir edən tövsiyə xarakterli raport dərc edib.

ECHA-nın aktiv biosid maddələrin öyrənilməsi üzrə komitəsi noyabrın 24-dən 27-dək iclas keçirəcək. Həmin iclasda agentlik etanolun insan üçün təhlükəli maddə kimi təsnif olunması məsələsinə dair qərar qəbul edəcək. Daha sonra bu tövsiyə Avropa Komissiyasına təqdim olunacaq və yekun qərarı Komissiya verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti