...

Tramp Ağ Evdə nəhəng bal zalı inşa etdirir

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 10:40 (UTC +04:00)
Tramp Ağ Evdə nəhəng bal zalı inşa etdirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Ev kompleksinin ərazisində böyük bal zalının inşasına başlanıldığını elan edib.

Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

"Sevinclə bildirirəm ki, Ağ Ev ərazisində yeni, böyük və gözəl bir bal zalının inşasına başlanılıb. Bu proses çərçivəsində Ağ Evdən tamamilə ayrılmış Şərq qanadı da tam şəkildə yenidən qurulacaq və tikinti başa çatdıqdan sonra daha da gözəl olacaq",- deyə Tramp “Truth Social” platformasında yazıb.

Ağ Ev rəhbəri bu işlər üçün ABŞ büdcəsindən federal vəsaitin ayrılmayacağını, belə ki, tikintinin ayrı-ayrı şəxslərin, şirkətlərin və elə Trampın özünün şəxsi vəsaitləri hesabına həyata keçiriləcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti