Bakı. Trend:
Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta sayılan "Ethereum" kriptovalyutası (eter, ETH) qiyməti 1,5 faiz azalma göstərib.
Trend-in məlumatına görə, bu barədə "Binance" platformasında bildiriblər.
Məlumata əsasən, "Ethereum"un qiyməti 0,22 faiz artaraq 3978 dollar olub. Bakı vaxtı ilə saat 20:35-də kriptovalyuta ucuzlaşaraq 3935 dollar (-1,5%) səviyyəsində olub.
"Ethereum"un hazırkı tarixi rekordu 2025-ci il avqustun 24-də kriptovalyutanın dəyərinin 4 956,78 dollara yüksəldiyi zaman qeydə alınıb.
"Coinmarketcap"in məlumatına əsasən, 20 oktyabr tarixinə kriptovalyuta bazarının ümumi kapitallaşması 3,72 trilyon dollar təşkil edib. "Bitkoin" 2,193 trilyon dollar (59,1%), "Ethereum" isə 474,336 milyard dollar (12,8%) təşkil edib.