...

Azərbaycan və Qazaxıstan rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)

İqtisadiyyat Materials 21 Oktyabr 2025 09:49 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər (FOTO)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Astanada Qazaxıstan hökümətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Aparılan danışıqlarda innovasiyalar, rəqəmsallaşma və informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev öz rəsmi "X" səhifəsində yazıb.

"Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlər zamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.Səfər çərçivəsində “Astana Hub” innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq", - məlumatda qeyd olunur.

Nazirin sözlərinə görə, Qazaxıstanın baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə isə rəqəmsal hökumət həlləri, süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri gündəmdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti