...

Azərbaycanın peyk təsvirlər əsasında relyef xəritələri hazırlanacaq

İqtisadiyyat Materials 21 Oktyabr 2025 11:31 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin sifarişi ilə "Azərkosmos" ölkənin 30-50 sm görüntülü peyk təsvirləri çəkilir. Bu peyk təsvirləri əsasında ölkənin müxtəlif relyef xəritələri hazırlanacaq.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.

"Bu da təkcə İqtisadiyyat Nazirliyi üçün deyil, bütün dövlət qurumları, dövlət təşkilatları, sahibkarlıq subyektləri və vətəndaşlara açıq resursa çevriləcək. Bu təsvirlərdən Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasında istifadə ediləcək", - deyə A. Nərimanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti