...

AYİB Azərbaycandakı layihələrinin portfeli ilə bağlı yenilənmiş məlumatlar təqdim edib

İqtisadiyyat Materials 21 Oktyabr 2025 09:40 (UTC +04:00)
AYİB Azərbaycandakı layihələrinin portfeli ilə bağlı yenilənmiş məlumatlar təqdim edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin sentyabr ayının sonuna olan vəziyyətə görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihə portfeli 948 milyon avro təşkil edir və 35 layihəni əhatə edir.

Trend AYİB-ə istinadən xəbər verir ki, bankın bu layihələrdə iştirak payı 1 faiz təşkil edir, əməliyyat aktivlərinin həcmi isə 703 milyon avro məbləğində qiymətləndirilir.

Portfelin ümumi dəyərində özəl sektorun payı 37 faiz təşkil edir.

AYİB fəaliyyətə başladığı vaxtdan bəri Azərbaycanın iqtisadiyyatına ümumilikdə 3 milyard 661 milyon avro yatırım edib. Ayrılmış vəsaitlərin ümumi həcmi 3 milyard 369 milyon avro təşkil edir.

İndiyədək AYİB Azərbaycanda 200 layihənin həyata keçirilməsinə dəstək göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti