...

Bakı Gəmiqayırma Zavodunda “Xankəndi” gəmisinin təmiri başa çatıb

Cəmiyyət Materials 21 Oktyabr 2025 12:12 (UTC +04:00)
Bakı Gəmiqayırma Zavodunda “Xankəndi” gəmisinin təmiri başa çatıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Gəmiqayırma Zavodunda “Xankəndi” gəmisinin əsaslı təmiri uğurla başa çatıb.

Qurumdan Trend-ə verilən məlumata görə, Zavodun peşəkar mühəndis və texniki heyəti tərəfindən aparılan genişmiqyaslı bərpa və təkmilləşdirmə işləri nəticəsində gəminin texniki göstəriciləri tam bərpa olunub, etibarlılığı və istismar müddəti artırılıb.

“Layihənin uğurlu tamamlanması Bakı Gəmiqayırma Zavodunun yüksək istehsal potensialını, texniki imkanlarını və beynəlxalq standartlara uyğun fəaliyyətini bir daha təsdiqləyir”, - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti