...

FINCA Azərbaycan maliyyə bazarındakı fəaliyyətini uğurla davam etdirir

İqtisadiyyat Materials 21 Oktyabr 2025 10:00 (UTC +04:00)
FINCA Azərbaycan maliyyə bazarındakı fəaliyyətini uğurla davam etdirir

Bakı. Trend:

Azərbaycan maliyyə bazarında 26 ildən artıq uğurlu fəaliyyət göstərən “FINCA Azerbaijan” kiçik və orta sahibkarlığın inkişafına dəstək olaraq öz uğurlu missiyasını davam etdirir. FINCA ticarət, xidmət, kənd təsərrüfatı və istehsal sahələrində fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi göstərərək onların bizneslərini genişləndirməsinə, yeni iş yerləri yaratmasına və ailə büdcələrini möhkəmləndirməsinə imkan yaradır.

“FINCA Azerbaijan” paytaxtla yanaşı, həmçinin ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən filialları vasitəsilə sahibkarlara sərfəli şərtlərlə maliyyə resursları təqdim edir. Kənd təsərrüfatı və kiçik biznes kreditləri üzrə ixtisaslaşmış təşkilat hazırda 26 filialı ilə ölkə üzrə sahibkarların inkişafına dəstək göstərir. Qeyd etmək lazımdır ki, yalnız bölgə filialları vasitəsilə bu ilin ilk 9 ayında sahibkarlara ayrılan kreditlərin ümumi həcmi 50 milyon manata çatıb. Bu maliyyələşmə sayəsində sahibkarlar bizneslərini genişləndirərək gəlirliliklərini və iqtisadi fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırıblar.

Qadın sahibkarlığının inkişafı da FINCA-nın prioritet fəaliyyət istiqamətlərindən biridir. Təşkilat tərəfindən qadınların biznes fəaliyyətini təşviq edən xüsusi proqramlar və kredit məhsulları, onların öz müəssisələrini genişləndirməsinə, maliyyə müstəqilliyini möhkəmləndirməsinə və iqtisadi fəallığını artırmasına imkan yaradır. Bu təşəbbüslərin əsas məqsədi regionlarda məşğulluğun artırılması, qadınların biznes mühitində rolunun gücləndirilməsi və onların həm ailə rifahına, həm də ümumi iqtisadi inkişafa daha böyük töhfə verməsini təmin etməkdir.

Fəaliyyəti müddətində “FINCA Azerbaijan” təkcə maliyyə xidmətləri təqdim edən təşkilat kimi deyil, həm də ölkədə maliyyə savadlılığının artırılmasına töhfə verən sosial yönümlü institut kimi tanınır. Təşkilatın keçirdiyi ödənişsiz təlimlər vətəndaşların, xüsusilə də qadın sahibkarların maliyyə biliklərini inkişaf etdirməyə, biznes və şəxsi maliyyələrini daha səmərəli idarə etməyə imkan yaradır. Bu təşəbbüslər məsuliyyətli borclanma mədəniyyətinin formalaşmasına, maliyyə xidmətlərindən düzgün istifadə vərdişlərinin güclənməsinə və ümumilikdə sahibkarlıq mühitinin dayanıqlı inkişafına xidmət edir.
Son bir il ərzində “FINCA Azerbaijan”ın təşkil etdiyi təlimlərdən 1000-ə yaxın vətəndaş faydalanmışdır.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət yetirir. “FINCA Azerbaijan” dövlət tənzimləyici orqanları, eləcə də Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla, bir çox maraqlı tərəflərlə səmərəli və güclü əməkdaşlıq münasibətləri qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti