Bakı. Trend:
İki tərəf arasında kəskin ticarət mübahisələri davam edərsə, ABŞ mülki aviasiya hissələrinin Çinə satışını yenidən dayandıra bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Ehtiyat hissələrinin tədarükünü dayandıra bilərdik. Onlar (Çin hakimiyyəti) ilkin hədə-qorxu gələndə biz faktiki olaraq ehtiyat hissələrinin tədarükünü dayandırdıq", - deyə D.Tramp jurnalistin sualını cavablandırarkən qeyd edib.
Trampın sözlərinə görə, Çin daha sonra "400-dən çox" təyyarənin istismarını məcburiyyətində qalıb. "Ancaq biz bunu etmək istəmirik", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Onun sözlərinə görə, Çin nadir torpaq elementlərinin tədarükünə məhdudiyyətlər qoymaqla ABŞ-yi hədələyir. O bildiirib ki, Vaşinqton isə ilk növbədə Çin mallarına yüksək idxal rüsümlarını saxlamaqla Pekini hədələyir. "Lakin mən onları təyyarələr kimi bir çox başqa şeylərlə də hədələyə bilərəm", - deyə prezident qeyd edib.