Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura start verilib.
Trend-in məlumatına görə, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
“Arsenal” evdə “Atletiko”nu qəbul edib. “Qarabağ”ın qrupundan olan “Napoli” səfərdə PSV ilə üz-üzə gəlib. PSJ Almaniyada “Bayer 04”lə, “Mançester Siti” isə İspaniyada “Vilyarreal”la qarşılaşıb.
20:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) -
6:1
20:45. "Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr) - 0:0
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) - 4:0
23:00. "Bayer 04" (Almaniya) - PSJ (Fransa) - 2:7
23:00. "Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) -
0:2
23:00. PSV (Niderland) - "Napoli" (İtaliya) - 6:2
23:00. "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya)
- 2:4
23:00. "Yunion" (Belçika) - "İnter" (İtaliya) - 0:4
23:00. "Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:0
XXX
23:04
UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun oyunları start götürüb.
Trend-in məlumatına görə, “Barselona” doğma meydanda Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib. Kataloniya təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Qaliblərin heyətində Lopes Fermin (7, 39, 76), Yamal (68) və Raşford (74, 79) fərqləniblər. “Olimpiakos” isə yalnız bir təsəlli qolu ilə kifayətlənib.
Digər qarşılaşmada “Kayrat” doğma azarkeşləri önündə Kiprin “Pafos” komandası ilə üz-üzə gəlib. Qonaqlar matçın 4-cü dəqiqəsindən azlıqda qalsalar da, qazaxıstanlılar say üstünlüyünü qola çevirə bilməyiblər — 0:0.
Qeyd edək ki, bu nəticə “Kayrat”ın turnirdə qazandığı ilk xal olub.
20:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan)
6:1
20:45. “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr) 0:0
XXX
11:00
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura start veriləcək.
Trend xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
“Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos”, “Arsenal” İngiltərədə İspaniyanın “Atletiko” komandası ilə üz-üzə gələcək.
Fransa təmsilçisi PSJ Almaniyanın “Bayer”, İngiltərə nəhəngi “Mançester Siti” isə İspaniyanın “Vilyarreal” klubunun qonağı olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
21 oktyabr
20:45. “Barselona” (İspaniya) - “Olimpiakos” (Yunanıstan)
20:45. “Kayrat” (Qazaxıstan) - “Pafos” (Kipr)
23:00. “Bayer” (Almaniya) - PSJ (Fransa)
23:00. “Arsenal” (İngiltərə) - “Atletiko” (İspaniya)
23:00. “Kopenhagen” (Danimarka) - “Borussiya” (Almaniya)
23:00. “Nyukasl” (İngiltərə) - “Benfika” (Portuqaliya)
23:00. “Vilyarreal” (İspaniya) - “Mançester Siti” (İngiltərə)
23:00. PSV (Niderland) - “Napoli” (İtaliya)
23:00. “Yunion” (Belçika) - “İnter” (İtaliya)
