...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərindəki “5+1” formatı siyasi və tarixi reallığa çevrilib – Hikmət Hacıyev (VİDEO)

Siyasət Materials 21 Oktyabr 2025 10:56 (UTC +04:00)
Azərbaycan-Mərkəzi Asiya münasibətlərindəki “5+1” formatı siyasi və tarixi reallığa çevrilib – Hikmət Hacıyev (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Qazaxıstana səfəri ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.

Trend xəbər verir ki, H.Hacıyev paylaşımında Prezident İlham Əliyevin son aylarda Mərkəzi Asiya regionuna - Türkmənistan, Tacikistan və Qazaxıstana üç dəfə səfər etdiyini xatırladıb.

“Əvvəllər Azərbaycan-Mərkəzi Asiya münasibətləri çox vaxt “5+1” formatı ilə xarakterizə olunurdu — bu, beş Mərkəzi Asiya ölkəsi ilə yanaşı, Azərbaycanın ayrıca tərəfdaş kimi iştirakını simvolizə edirdi. Lakin bu gün həmin format sadəcə riyazi ifadə olmaqdan çıxaraq siyasi və tarixi reallığa çevrilib. Hətta bu münasibətləri kimyəvi bir prosesə bənzətmək olar — o, vahid “altılığ”a çevrilib. Bu isə ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil yaxınlığı əsasında bu ölkələr arasında dərinləşən inteqrasiya, birgə geosiyasi məkan və ortaq taleyi əks etdirir”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti