Bakı. Trend:
Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər.
Trend xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində bildirib.
O vurğulayıb ki, artıq Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi var: "Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib. Hazırda Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər".
"Xidmətlərimizdən 50 dən çox ölkə 200-dən artıq şirkət
yararlanır. Bu il biz Afrika bazarında mövcudluğumuzun 10 ilini
qeyd edirik.
Peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların
ixracına da başlamışıq", - deyə D. Bədirxanov qeyd edib.