...

Paytaxtda övladını qucağında saxlayaraq avtomobil idarə edən sürücü qəza törədib: uşaq ölüb, ata xəsarət alıb

Hadisə Materials 21 Oktyabr 2025 10:50 (UTC +04:00)
Paytaxtda övladını qucağında saxlayaraq avtomobil idarə edən sürücü qəza törədib: uşaq ölüb, ata xəsarət alıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.

Trend bu barədə DİN-in sükan arxasında əyləşən valideynlərə müraciətində deyilir.

Bildirilib ki, paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti