...

Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 300-ə yaxın saxlanılan var

Dünya xəbərləri Materials 21 Oktyabr 2025 10:10 (UTC +04:00)
Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 300-ə yaxın saxlanılan var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son bir ay ərzində Türkiyədə hüquq-mühafizə orqanlarının FETÖ terror təşkilatına qarşı 50 vilayətdə əlaqələndirilmiş şəkildə keçirdiyi əməliyyatlar zamanı ümumilikdə 286 nəfər saxlanılıb

Trend xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat paylaşıb.

Qeyd edilib ki, saxlanılan şübhəlilərdən 154-ü barəsində həbs qətimkan tədbiri seçilib.

"Şübhəlilər terrorçu təşkilatın maliyyə quruluşu, hərbi-məxfi quruluşu daxilində fəaliyyət göstərməkdə, təşkilatın kripto-rabitə proqramı sayılan ByLock-dan istifadə etməkdə, təşkilatın məsul şəxsləri ilə taksofon vasitəsilə əlaqə saxlamaq ittiham olunurlar", - paylaşımda əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti